• +994 12 511 5216
  • +994 51 511 5216
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • 7/24

Adaptol 300 mq

Array
9,94 ₼

Məhsul haqqında

Adaptol dərman vasitəsi anksiolitik dərmanlar qrupuna aiddir. Adaptol həyəcanı, narahatlığı, qorxunu, daxili emosional gərginliyi və qıcıqlanmanı aradan qaldırır və ya zəiflədir.

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur

 

Ümumi qəbul olunmuş adı: Mebicar (mebikar).

 

Tərkibi

Təsiredic maddə: 1 kapsulda 300 mq mebikar vardır.

Köməkçi maddələr: metilsellüloza, kalsium stearat.

Kapsulun gövdəsi və qapağı: titan dioksid, jelatin.

 

Təsviri

Ağ/ağ rəngli, tərkibində ağ və ya demək olar ki, ağ rəngdə toz olan, bərk jelatin kapsullardır.

Şüşə çubuqla toxunan zaman səpilən preslənmiş sütun şəklində olmasına yol verilir. Hissəciklərin ölçülərinə görə bircinsli olmamasına yol verilir.

 

Farmakoterapevtik qrupu

Anksiolitik vasitə.

ATC kodu: N05BX.

 

Farmakolojı xüsusiyyətləri

Adaptol dərman vasitəsi anksiolitik  dərmanlar qrupuna aiddir.  Adaptol həyəcanı, narahatlığı, qorxunu, daxili emosional gərginliyi və qıcıqlanmanı  aradan qaldırır və ya zəiflədir.     Preparatın sakitləşdirici təsiri miorelaksasiya və hərəkət koordinasiyasının pozulmaları ilə müşayiət edilmir. Preparat əqli və hərəki aktivliyi zəiflətmir, ona görə də Adaptolu iş günü müddətində və dərs vaxtı istifadə etmək olar.  Preparat əhval-ruhiyyəni qaldırmır və eyforiya hissi yaratmır.   Yuxugətirici effektə malik deyil, lakin yuxugətirici vasitələrin təsirini gücləndirir və yuxunun gedişatında pozulmaları yaxşılaşdırır. Adaptol® nikotin abstinensiyanı yüngülləşdirir və ya aradan qaldırır.

Alkoqol xəstələrin qan plazmasında edogen etil spirtinin səviyyəsi aşağıdır, bu, alkoqola güclü meylliliyin əsas səbəblərindən biridir.  Adaptol digər trankvilizatorlardan  çox  endogen alkoqolun səviyyəsini artırır,  alkoqolameylliliyi aşağı salır. 

Preparat mədə-bağırsaq traktından yaxşı sorulur. Preparatın daxilə qəbulundan sonra təsiredici maddənin  qanda maksimal konsentrasiyası 0,5 saatdan sonra qeyd edilir; onun yüksək səviyyəsi 3-4 saat ərzində saxlanılır, sonra isə tədricən azalır. Təsiredici maddə bir sutka ərzində sidik və nəcislə tam xaric olunur.

Preparat orqanizmdə yığılmır.

 

 

İstifadəsinə gostərişlər         

  • Qıcıqlanma ilə müşayət olunan emosional labillik, həyəcan, qorxu, nevroz və nevrozabənzər hallar.
  • müxtəlif mənşəli kardialgiya (ürəyin işemik xəstəliyi ilə əlagəsi olmayan);
  • neyroleptiklərin və trankvilizatorların qəbulunun yaxşı keçirilməsi üçün, onlarla törədilmiş somatovegetativ və nevroloji effektləri aradan qaldırmaq məqsədi ilə.
  • tütün çəkməyə meyilliyi azaldan vasitə kimi kompleks müalicə zamanı.

                                                                                                                                                                  

Əks göstərişlər

Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrinə qarşı yüksək həssaslıq. 18 yaşa  qədər  uşaqlar, hamiləlik.                                                                                                                                                   

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Kəskin yüksək həssaslıq barədə ayrı-ayrı məlumatlar verilib. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Adaptol® preparatı neyroleptiklərlə, trankvilizatorlarla (benzodiazepinlər), yuxugətirici vasitələrlə, antidepressantlarla və psixostimullaşdırıcılarla birlikdə istifadə edilə bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın təsiredici maddəsi orqanizmin bütün toxumalarına və mayelərinə yaxşı keçir. Hamiləlik və laktasiya dövründə istifadəsinə dair kifayət qədər klinik müşahidələr yoxdur, buna görə preparatın təyini tövsiyə edilmir.                                                                           

 

Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizimləri idarəetmə qabiliyyətinə təsiri             

Preparat arterial təzyiqi aşağı sala bilər və zəiflik yaradar ki, bu da nəqliyyat vasitələri və mexanizmləri idarə etməyə təsir edə bilər.  

 

İstifadə qaydası və dozası

Adaptol® qidanın qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.  

Böyüklər  gündə 2-3 dəfə 300-600 mq qəbul edir.

Birdəfəlik maksimal doza 3q təşkil edir, yüksək sutkalıq doza  – 10 q.

Müalicə kursun müddəti – bir neçə gündən 2-3 aya qədər.

Tütün çəkməyə meyilliyi azaldan vasitə kimi kompleksli müalicə zamanı preparat gündə 600 -900mq dozalarla 5-6 həftə ərzində təyin edilir.

Yaşlı pasiyentlərdə dozanın azaldılmasına ehtiyac yoxdu.   

Qaraciyər çatışmazlıqlı pasiyentlərə dozanı azaltmaq tələb olunmur.  

Böyrək çatışmazlıqlı pasiyentlər üçün doza öyrənilməyib. Belə xəstələr dərman vasitəsini ehtiyatla qəbul etməlidirlər.    

Pediatrik populyasiya

Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə Adaptolun istifadəsinin effektivliyi və təhlükəsizliyi haqda məlumat yoxdur.  

Əgər siz dərmanı qəbul etməyi yaddan çıxarmısızsa, yadınıza düşən kimi istifadə edin, lakin növbəti  qəbulun  vaxtı  yaxınlaşmışsa, unudulan  dozanı  qəbul  etməyin.  Heç vaxt ikiqat doza qəbul etməyin.  

 

Əlavə təsirləri  

Bütün dərman vasitələri kimi, Adaptolun da əlavə təsirləri ola bilər. 

Adətən Adaptol yaxşı qəbul olunur.

MedDRA (Terminoloji reqlamentar fəaliyyətin tibbi lüğəti) sisteminin təsnifatı üzrə əlavə təsirlərin tezliyi:

Çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-a qədər); bəzən (≥1/1000-dən <1/100-ə qədər); nadir (≥1/10 000-dən <1/1000-ə qədər); çox nadir (<1/10 000); məlum deyil (əldə olan məlumatlara görə təyin etmək mümkün olmur).

Sinir sistemində baş verən pozğunluqlar: nadir - başgicəllənmə.

Damarlara: nadir - arterial təzyiqin azalması.

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar : nadir - həzm sisteminin pozulması.

Dəri və dərialtı toxumalara: nadir - yüksək dozaların qəbulundan sonra allergik reaksiyalar ola bilər (dəri qaşınması). Allergik reaksiyalar zamanı preparatın qəbulunu dayandırmaq lazımdır. 

Ümumi pozğunluqlar və yeridilmə yerində pozğunluqlar: nadir - bədən temperaturunun aşağı düşməsi, zəiflik.

Arterial təzyiqin azalması və /və ya bədən temperaturunun aşağı düşməsi  (bədən temperaturu  1-1,5 °С-dən aşağı düşə bilər)  preparatın qəbulunu dayandırmaq üçün səbəb deyil. Arterial təzyiq və bədən temperaturu müalicə kursu bitdikdən sonra normaya düşür.   

Əgər müalicə müddətində bu içlik vərəqədə qeyd olunmayan hər hansı bir əlavə təsirlər və ya göstərilən əlavə təsirlər kəskin surətdə özünü büruzə verərsə xahiş edirik həkimə müraciət edin.

                                                                                                                                 

Doza həddinin aşılması

Preparatın toksikliyi cüzidir. Doza həddinin aşılmasına şübhə yaranarsa, həkim çağırmaq, ümumi qəbul olunmuş detoksikasiya metodu keçirmək, həmçinin mədənin yuyulması və simptomatik müalicə aparmaq lazımdır.                                                                                                                                

 

Buraxılış forması  

10 kapsul, polivinil plyonkadan və alüminium lak folqadan hazırlanmış blisterlərdə.  

2, 3 və ya 4 blister (20, 30 və ya 40 kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.   

 

Saxlanma şəraiti  

25º C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq  və  uşaqların əli çatmayan yerdə saxlamaq  lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.                                                                                                                              

 

Aptekdən buraxılma şərti    

Resept əsasınada buraxılır.                                                                                                                    

 

İstehsalçı         

“Olaynfarm” SC, Latviya.                                                                                                                              

 

Ünvan

Rupnitsa küç., 5,Olayne, LV-2114, Latviya.           

Reviews

There are yet no reviews for this product.
© 2020 Akson. Bütün hüquqlar qorunur.