• +994 12 511 5216
  • +994 51 511 5216
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • 7/24

Actrapid 100 IU/ml 10 ml

Array
21,56 ₼

Məhsul haqqında

Aktrapid™ Penfill® insan insulinidir vә diabetin müalicәsindә istifadә olunur. Diabet zamanı bәdәn qandakı şәkәrin sәviyyәsini tәnzimlәmәk üçün kifayәt qәdәr insulin ifraz etmir. Aktrapid™ adәtәn uzunmüddәtli tәsirә malik olan insulin preparatları ilә birlikdә tәyin olunur.

İnsulinin istifadәsinә başlamazdan oncә bu içlik vərəqəni diqqәtlә oxuyun.

– Bu içlik vәrәqәni özünüzdә saxlayın – tәkrar oxumağınıza ehtiyac ola bilәr.

– Әlavә suallarınız varsa, hәkiminizә, tibb bacınıza, yaxud da әczaçınıza müraciәt edin.

– Bu dәrman Sizә tәyin olunub. Onu başqa insanlara vermәyin, çünki onların xәstәlik әlamәtlәri Sizinki ilә eyni olsa da, dәrman onlara zәrәr verә bilәr.

– Әlavә tәsirlәrdәn hәr hansı biri ağırlaşarsa, yaxud da bu içlik vәrәqәdә qeyd olunmamış hәr hansı әlavә tәsir әmәlә gәlәrsә, bu barәdә hәkiminizә, tibb bacınıza,

yaxud әczaçınıza mәlumat vermәyiniz xahiş olunur.

 

AKTRAPİD™ PENFİLL®100 BV/ml İnyeksiya üçün mәhlul kartricdә

ACTRAPID™ PENFILL®

 

Beynәlxalq patentlәşdirilmәmiş adı: Human insulin (rDNT)

 

 

Tәrkibi

Tәsiredici maddә: 1 ml inyeksiya mәhlulunun tәrkibindә 100 BV biotexnoloji

                              rekombinant üsulu ilə istehsal olunmuş insan insulini vardır.

Komәkci maddәlәr: sink-xlorid, qliserol, metakrezol, natrium-hidroksid, xlorid

                                 turşusu,  inyeksiya üçün su.

 

Tәsviri

Şәffaf, rәngsiz  inyeksiya mәhluludur.

 

Farmakoloji xususiyyәtlәri

Aktrapid™ tez tәsir göstәrәn insulindir. İstifadә olunduqdan yarım saat sonra qanda şәkәrin sәviyyәsini azaltmağa başlayır vә tәsiri tәqribәn 8 saat davam edir.

 

İstifadәsinә gostәrişlәr

Aktrapid™ Penfill® insan insulinidir vә diabetin müalicәsindә istifadә olunur. Diabet zamanı bәdәn qandakı şәkәrin sәviyyәsini tәnzimlәmәk üçün kifayәt qәdәr insulin ifraz etmir. Aktrapid™ adәtәn uzunmüddәtli tәsirә malik olan insulin preparatları ilә birlikdә tәyin olunur.

 

Aktrapid™-in istifadәsinә başlamazdan öncә aşağıdakıları bilmәlisiniz

 

Әks gostәrişlәr

Aktrapid™-i aşağıdakı hallarda istifadә etmәyin

İnsulin infuziya pompaları ilә

►İnsan insulininә vә ya Aktrapid™-in tәrkibindә olan hәr hansı digәr maddәyә qarşı allergiya (yuksәk hәssaslıq) (bax: “Tәrkib” bölmәsi).

Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsә (qanda şәkәrin sәviyyәsinin azalması). Bax: “Kritik vәziyyәtdә nә etmәk lazımdır?” bölmәsinә”.

Kartricin özü vә ya icindә kartric olan aparat әlinizdәn düşübsә, zәdәlәnibsә vә ya әzilibsә.

Düzgün şәraitdә saxlanılmayıbsa vә ya dondurulubsa (bax: “Aktrapid™-in saxlanılma şәraiti”).

İnsulin tam şәffaf vә rәngsiz deyilsә.

 

Aktrapid™-in istifadәsinә başlamazdan öncә

Etiketinә fikir verin ki, lazım olan insulinin olduğuna әmin olasınız.

►Kartrici vә rezin porşeni hәr dәfә yoxlayın. Hәr hansı qüsur görünürsә vә rezin porşen ilә ağ etiket zolağı arasında ara varsa, preparatı istifadә etmәyin, onu

әczaçınıza qaytarın. Daha әtraflı tәlimat üçün insulin inyeksiya aparatının tәlimatına baxın.

►Çirklәnmәyә yol vermәmәk üçün, hәr inyeksiya üçün tәzә iynәdәn istifadә edin.

İnyә ucluqları vә Aktrapid™ Penfill® fәrdi istifadә üçün nәzәrdә tutulub vә ikinci bir şәxsdә istifadә edilmәmәlidir.

 

Aktrapid™-in istifadәsindә bu hallarda daha diqqәtli olmağınız xahiş olunur:

►Böyrәk vә ya qara ciyәrinizdә, yaxud böyrәküstu vәzi, hipofiz vә ya qalxanabәnzәr vәzinizdә problemin olması.

Alkoqol qәbulu: hipoqlikemiya әlamәtlәrinә diqqәt yetirin vә heç vaxt acqarına alkoqollu içkilәr qәbul etmәyin.

►Adәt etdiyinizdәn daha çox fiziki çalışma vә ya pәhrizinizә dәyişiklik etmәk istәyirsinizsә, belә ki, bu sizin qanınızdakı şәkәrin miqdarına tәsir edә bilәr.

Xәstәlәnmişsinizsә, insulinin istifadәsinә davam edin vә hәkiminizlә mәslәhәtlәşin.

Xarici ölkәyә gedirsinizsә: vaxt zonasının dәyişmәsi insulinә olan tәlәbatınıza vә insulin inyeksiyalarının vaxtına tәsir edә bilәr. Belә bir sәyahәt planlaşdırırsınızsa,

hәkiminizlә mәslәhәtlәşin.

 

Digәr dәrman vasitәlәri ilә qarşılıqlı tәsiri

Bәzi dәrmanlar şәkәrin orqanizmә tәsirini dәyişdirә bilәr, bu da istifadә edәcәyiniz insulinin dozasına tәsir edә bilәr. Aşağıda insulinin istifadәsinә әn çox tәsir edәn dәrmanların siyahısı verilir. Digәr hәr hansı, o cümlәdәn reseptdә qeyd olunmamış dәrman qәbul edirsinizsә, yaxud tәzәlikcә qәbul etmişsinizsә, hәkiminiz, tibb bacınız vә ya әczaçınızla mәslәhәtlәşin. Xüsusilә, aşağıda adı çәkilәn, qanınızdakı şәkәrin sәviyyәsinә tәsir edә bilәcәk dәrmanlardan hәr hansı birini qәbul edirsinizsә, mütlәq hәkiminizlә mәslәhәtlәşin.

 

İnsulinә tәlәbatınız bu hallarda dәyişә bilәr: Diabetin müalicәsi üçün digәr preparatlar; monoaminooksidazanın  inhibitorları (MAOİ); beta-blokatorlar; AÇF-inhibitorları; asetilsalisil turşusu; anabolik steroidlәr; sulfonamidlәr, peroral kontraseptivlәr, tiazidlәr, qlükokortikoidlәr, qalxanabәnzәr vәzin hormonları ilə müalicə; simpatomimetik vasitәlәr; boy hormonu; danazol; oktreotid vә ya lanreotid dәrman vasitәlәrini qәbul edirsinizsә.

Tiazolidindionlar (2-ci tip şәkәrli diabetin mualicəsində istifadə olunan peroral antidiabetik preparatlar qrupu). Ürәk xәstәliyi vә ya anamnezindә miokard infarktı olan 2-ci tip şәkәrli diabetli şәxslәr uzun müddәt paralel olaraq hәm

tiazolidindionlar, hәm dә insulin qәbul edәrsә, onlarda ürәk çatışmazlığı yarana bilәr. Әgәr siz ürәk çatışmazlığının tәngnәfәslik, sürәtli çәki artımı, lokal şişkinlik (ödem) kimi әlamәtlәrini müşahidә edirsinizsә, mümkün qәdәr tez öz hәkiminizә mәlumat verin.

 

Hamilәlik vә laktasiya dövrundә istifadәsi

Hamilәlik vә laktasiya dövründә Aktrapid™-lә müalicәyә әks göstәriş yoxdur, hәkiminizlә mәslәhәtlәşin.

 

Nәqliyyat vasitәlərinin vә digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nәqliyyat vasitәsi idarә edirsinizsә, yaxud avadanlıq vә ya cihazlar ilә işlәyirsinizsә: hipoqlikemiya simptomlarına diqqәt yetirin. Konsentrasiya olmaq vә reaksiya vermәk bacarığınız hipoqlikemiya zamanı aşağı düşә bilәr. Hipoqlikemiya әlamәtlәrinin yaxınlaşdığını hiss edirsinizsә, nәqliyyat vasitәsi idarә etmәyin vә avadanlıq vә ya cihazlar ilә işlәmәyin. Әgәr sizdә tez-tez hipoqlikemiya halları olursa vә ya hipoqlikemiyanı müәyyәn etmәkdә çәtinlik çәkirsinizsә, nәqliyyat vasitәsinin idarә olunması, yaxud avadanlıq vә ya cihazlarla işlәmәyin mümkünlüyünü hәkiminizdәn soruşun.

 

İstifadә qaydası vә dozası

İnsulinә olan tәlәbatınız barәdә hәkiminiz vә tibb bacınız ilә danışın. Aktrapid™ Penfill®-i hәkiminiz vә tibb bacınızın göstәrişlәrinә uyğun qәbul etdiyinizdәn әmin olun vә onların mәslәhәtlәrinә diqqәtlә riayәt edin. Hәkim Sizi bir növ vә ya marka insulindәn digәrinә keçiribsә, dozanızda dәyişikliklәr ola bilәr.

İnsulin inyeksiyasından sonra 30 dәqiqә әrzindә tәrkibindә karbohidratlar olan yemәk vә ya yüngül qәlyanaltı yeyin. Qanda şәkәrin sәviyyәsini müntәzәm ölçmәyiniz mәslәhәtdir.

 

Bu insulin necә istifadә olunur

Aktrapid™ dәrialtı inyeksiya üçün nәzәrdә tutulub. Hәr dәfә insulini dәrinizin inyeksiya etdiyiniz nahiyəsinin fәrqli yerlәrinә yeridin. Bu dәridә naziklәşmә vә qalınlaşma riskini azalda bilәr (bax: “Potensial әlavә tәsirlәr”). Bәdәndә inyeksiya üçün әn münasib yerlәr: belin ön tәrәfi (qarın nahiyәsi); sağrı әzәlәsi; ombaların ön tәrәfi vә bazu. Qarın nahiyәsinә yeridildikdә, insulin daha tez tәsir etmәyә başlayır.

 

İnsulin inyeksiyası

İnsulini dәri altına yeridin. Hәkiminizin vә ya tibb bacınızın mәslәhәt gördüyü vә inyeksiya aparatının üzәrindәki tәlimatlarda tәsvir olunan inyeksiya üsulundan istifadә edin.

İynәni dәrinin altında әn azı 6 saniyә saxlayın. Basma düymәni iynәni çıxarana kimi basılı saxlayın. Bu dәrmanın düzgün yeridilmәsini vә qanın iynәyә vә ya insulin

rezervuarına mümkün axmasının qarşısını alır.

Hәr İnyeksiyadan sonra iynәni aparatdan çıxarıb, utilizasiya edin vә Aktrapid™-i iynәsiz saxlayın. Әks halda, mәhlul axa bilәr, bu da düzgün olmayan dozalara sәbәb ola bilәr.

Aktrapid™ Penfill®-i tәkrar doldurmayın.

Penfill® kartriclәri Novo Nordisk insulin inyeksiya aparatları vә NovoFayn™ vә ya NovoTvist™ iynәlәri ilә istifadә üçün nәzәrdә tutulub.

Aktrapid™ Penfill® vә digәr Penfill® kartric insulinlәrindәn istifadә edirsinizsә, hәr bir insulin növü üçün ayrı inyeksiya aparatından istifadә etmәlisiniz. Sizin Penfill® kartriciniz itәrsә vә ya zәdәlәnәrsә, ehtiyat tәdbiri kimi daima özünüzlә әlavә bir insulin yeridilmә sistemi gәzdirin.

 

Kritik vәziyyәtdә nә etmәk lazımdır?

Әgәr hipoqlikemiya vәziyyәtinә duşdunuzsә Hipoqlikemiya qanda şәkәrin sәviyyәsinin xeyli azalması demәkdir.

Hipoqlikemiya barәdә xәbәr verәn әlamәtlәr tәsadüfәn peyda olur. Bu әlamәtlәr – soyuq tәr, soyuq vә rәngi avazımış dәri, baş ağrısı, bәrk ürәk döyüntüsü, ürәkbulanma, bәrk aclıq hissi, görmә qabiliyyәtindә müvәqqәti dәyişiklik, yuxululuq, qeyri-adi yorğunluq vә zәiflik, әsәbilik vә ya titrәmә, hәyәcan, narahatlıq hissi, konsentrasiyada çәtinlik.

Bu әlamәtlәrdәn hәr hansı birini hiss edirsinizsә, qlükoza hәblәrini qәbul edin vә ya tәrkibindә çoxlu şәkәr olan çәrәz yeyin (konfet, biskvit, meyvә şirәsi), sonra istirahәt edin.

 

Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsә, insulin istifadә etmәyin. Hәr ehtimala qarşı qlükoza hәblәrini, konfet, biskvit vә ya meyvә şirәsini hәmişә özünüzlә daşıyın.

Qohumlarınıza, dostlarınıza vә yaxın әmәkdaşlarınıza bildirin ki, birdәn birә huşunuzu itirsәniz, Sizi böyrü üstә uzadıb dәrhal hәkim çağırsınlar. Sizә heç bir yemәk vә ya içki vermәsinlәr, çünki boğulmaya sәbәb ola bilәr.

Ağır hipoqlikemiyaya müdaxilә olunmazsa, beyin zәdәlәnә bilәr (müvәqqәti vә ya hәmişәlik) vә hәtta ölümlә nәticәlәnә bilәr.

Sizi huşsuz vәziyyәtә gәtirәn hipoqlikemiya olubsa vә ya tez-tez hipoqlikemiya halları baş verirsә, hәkiminizlә danışmağınız tövsiyә olunur. İnsulinin dozasında vә istifadә vaxtında, yemәyinizdә vә ya fiziki çalışmalarınızda dәyişiklik tәlәb oluna bilәr.

 

Qlükaqonun istifadәsi

Qlükaqon hormonunun inyeksiyası ilә huşsuzluqdan daha tez ayılmaq mümkündür. İnyeksiyanı bacaran şәxs etmәlidir. Sizә qlükaqon inyeksiyası yeridilibsә, huşsuzluqdan ayılan kimi dәrhal qlükoza qәbul etmәlisiniz vә ya şәkәrli bir şey yemәlisiniz. Qlükaqon Sizә tәsir etmәzsә, xәstәxanada müalicә almalısınız.

Qlükaqon inyeksiyasından sonra hәkimә müraciәt etmәyiniz lazımdır; hipoqlikemiya vәziyyәtinә düşmәyinizin sәbәbini bilmәlisiniz ki, onun tәkrarlanmasının qarşısını ala bilәsiniz.

 

Hipoqlikemiyanın sәbәblәri

Qanda şәkәr çox aşağı sәviyyәyә düşdükdә hipoqlikemiya baş verir. Bu aşağıdakı hallarda baş verә bilәr.

  • Artıq dozada insulinin yeridilmәsi
  • Çox az yemәk vә ya bir yemәk qәbulunun buraxılması
  • Adәt etdiyinizdәn artıq fiziki çalışma.

 

Әgәr qanda şәkәrinizin sәviyyәsi çox yuksәkdirsә

Qanda şәkәrin sәviyyәsi çox yüksәk ola bilәr (buna hiperqlikemiya deyilir).

Әlamәtlәr tәdricәn peyda olur. Bu әlamәtlәr: tez-tez sidik ifrazı, susuzluq, iştahanın azalması, naxoşluq (ürәkbulanma vә ya qusma), yuxululuq vә ya yorğunluq hiss etmә, dәrinin qızarıb, quru olması, ağızda quruluq hissi vә nәfәsdәn gәlәn aseton qoxusu.

Bu әlamәtlәrdәn hәr hansı biri Sizdә varsa, qanda şәkәrin sәviyyәsini ölçün; mümkündürsә, sidiyi dә ketone görә yoxlayın, sonra gecikmәdәn hәkimә müraciәt edin. Bu, diabetik ketoasidoz adlanan çox ciddi bir vәziyyәtin

әlamәtlәri ola bilәr. Müdaxilә olunmazsa, bu, diabetik komaya vә ölümә sәbәb ola bilәr.

 

Hiperqlikemiyanın sәbәblәri

  • İnsulin inyeksiyasını etmәyi unutmuşsunuz
  • Hәr dәfә lazım olandan daha az insulin istifadә edirsiniz
  • İnfeksiya vә ya qızdırma
  • Adәt etdiyinizdәn daha çox yemәk
  • Adәt etdiyinizdәn daha az fiziki çalışma.

 

Potensial әlavә tәsirlәr

Bütün dәrmanlar kimi Aktrapid™ dә әlavә tәsirlәrә malik ola bilәr, lakin bu hәr kәsdә özünü gostәrmir.

 

Çox geniş yayılmış əlavə təsirlər

(10-da 1 haldan çox rast gәlinir)

Qanda şәkәrin sәviyyәsinin düşmәsi (hipoqlikemiya). Müvafiq mәslәhәtlәr üçün “Kritik vәziyyәtdә nә etmәk lazımdır?” bölmәsinә baxın.

 

Geniş yayılmamış әlavә tәsirlәr

(100-dә 1 haldan az)

Görmә problemlәri. İnsulin müalicәsinә ilk dәfә başladıqda görmә qabiliyyәtiniz pozula bilәr, lakin problem adәtәn keçici xarakter daşıyır.

İnyeksiya yerindә dәyişikliklәr (lipodistrofiya). İnyeksiya yerindә dәrinin altındakı piy toxuması naziklәşә (lipoatrofiya) vә ya qalınlaşa (lipohipertrofiya) bilәr. Hәr

dәfә inyeksiya yerinin dәyişdirilmәsi dәridә bu cür dәyişikliklәrin baş vermәsi riskini azalda bilәr. İnyeksiya yerindә incәlmә vә ya qalınlaşma gorürsünüzsә, hәkiminiz vә ya tibb bacınıza bu barәdә bildirin. İnsulin belә yerә yeridildikdә bu reaksiyalar ciddilәşә bilәr vә ya insulinin sorulmasını әngәllәyә bilәr.

Allergiya әlamәtlәri. İnyeksiya yerindә reaksiyalar (qızartı, şişkinlik, qaşınma) әmәlә gәlә bilәr (yerli allergik reaksiyalar). Onlar adәtәn insulin istifadә edildikdәn bir neçә hәftә sonra yox olur. Yox olmamışsa, həkiminizə müraciәt edin.

Aşağıdakı hallarda hәkimә dәrhal müraciәt etmәlisiniz:

  • Allergiya әlamәtlәri bәdәnin digәr yerlәrinә yayılıbsa, vә ya
  • Birdәn birә özünüzü naxoş hiss etmәyә başlamışsınızsa vә tәrlәmә, ürәkbulanma (qusma), nәfәsin çәtinlәşmәsi, bәrk ürәk döyüntüsü, başgicәllәnmәsi başlayıbsa.

Ağrılı neyropatiya (sinirlәrin zәdәlәnmәsi ilә әlaqәli ağrı). Qanınızda şәkәrin sәviyyәsi sürәtlә artırsa, Sizdә sinirlәrlә әlaqәli ağrı ola bilәr, bu ağrılı neyropatiya adlanır vә adәtәn keçicidir.

Oynaqlarda şişkinlik. İnsulin istifadә etmәyә başladıqda mayenin yığılması topuq vә digәr oynaqlar әtrafında şişkinliyә sәbәb ola bilәr. Normalda, bu, tez bir zamanda yox olur.

 

Çox nadir әlavә tәsirlәr

(10.000-dә 1 haldan az)

Diabetik retinopatiya (diabetlә әlaqәli görmә qabiliyyәtinin itirilmәsi ilә nәticәlәnә bilәcәk göz xәstәliyi). Diabetik retinopatiyanız varsa vә qanda şәkәrinizin sәviyyәsi sürәtlә artırsa, retinopatiyanız ağırlaşa bilәr. Bu barәdә hәkiminizlә danışın.

Aktrapid™-ә vә ya onun komponentlərindən birinә qarşı ciddi allergik reaksiya (sistem allergik reaksiya adlanır). “Kritik vәziyyәtdә nә etmәk lazımdır?” bölmәsinә baxın.

Qeyd olunmuş әlavә tәsirlәrdәn hәr hansı biri ciddilәşәrsә, yaxud bu içlik vәrәqәdә qeyd olunmamış hәr hansı әlavә tәsir meydana çıxıbsa, hәkiminizә, tibb bacınıza vә ya әczaçınıza mәlumat vermәyiniz xahiş olunur.

 

Buraxılış forması

1, 5 vә ya 10 әdәd 3 ml-lik kartric içlik vәrәqә ilә birlikdә karton qutuya qablaşdırılır (satışda bütün ölçüdә qutular olmaya bilәr).

1 ml inyeksiya mәhlulunun tәrkibindә 100 BV* insan insulini vardır. 1 kartricin içәrisindә 3 ml, yәni 300 BV insan insulini vardır. (BV* – Beynәlxalq vahid)

 

Saxlanma şәraiti

Uşaqlar üçün әlçatmaz yerdә saxlayın.

İstifadә olunmayan Aktrapid™ Penfill® soyuducuda 2°C - 8°C-dә soyuducu elementdәn uzaqda saxlanılmalıdır.

Dondurmayın.

İstifadә olunan vә ya ehtiyat üçün yanınızda olan Aktrapid™ Penfill® soyuducuda saxlanılma-malıdır. Siz onu özünüzlә daşıya vә 30°C-dәn aşağı otaq temperaturunda 6 hәftәyә qәdәr saxlaya bilәrsiniz. İstifadә etmәdikdә, işıqdan qorumaq üçün kartrici hәmişә qutusunda saxlayın. Aktrapid™ Penfill® istidәn vә gün işığından qorunmalıdır.

Dәrman preparatları çirkab sularına axıdılmamalı vә ya mәişәt tullantıları ilә atılmamalıdır. Artıq lazım olmayan dәrman preparatının necә utilizasiya edilmәsi barәdә әczaçınızdan soruşun. Bu cür tәdbirlәr әtraf mühiti qorumağa kömәk edәcәk.

 

Yararlılıq müddәti

Aktrapid™-i etiketin vә karton qutunun üzәrindә “Expiry” sözündәn sonra göstәrilәn son istifadә tarixindәn sonra istifadә etmәyin. Bu tarix hәmin ayın son gününә aid edilir.

 

Aptekdәn buraxılma şәrti

Resept әsasında buraxılır.

 

İstehsalçı

Novo Nordisk A/S

Novo Alle

DK-2880 Baqsvaerd

Danimarka 

Reviews

There are yet no reviews for this product.
© 2020 Akson. Bütün hüquqlar qorunur.